İranın İraqdakı konsulluğu nümayişçilər tərəfindən yandırılıb

İranın İraqdakı konsulluğu nümayişçilər tərəfindən yandırılıb İraq nümayişçiləri ölkənin cənubundakı Nəcəf şəhərində İran konsulluğunun binasını yandırıblar.
Digər ölkələr
28 Noyabr , 2019 00:11
İranın İraqdakı konsulluğu nümayişçilər tərəfindən yandırılıb

İraq nümayişçiləri ölkənin cənubundakı Nəcəf şəhərində İran konsulluğunun binasını yandırıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə mənbəyə istinadən "Shafaq" agentliyi bildirib.

Agentliyi məlumatlandıran mənbənin sözlərinə görə, nümayişçilər konsulluğun binasına soxulublar və onu yandırıblar. O, əlavə edib ki, İranın diplomatik missiyası yanğından 10 dəqiqə əvvəl mühafizə qüvvələrinin nəzarəti altında konsulluğun binasını tərk edib.

İraqda etirazlar oktyabrın əvvəlindən davam edir. Nümayişçilər hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasıni, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Daha əvvəl bildirilib ki, Nəcəf şəhərində onlarla nümayişçi İran konsulluğunun binası ətrafında təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə toqquşmalarda xəsarət alıb. Təhlükəsizlik sahəsində mənbənin məlumatına görə, zərər çəkənlərin sayı 80 nəfəri ötüb. Əyalətlərdə komendant saatı tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi