İranın İraqa elektrik enerjisi verilməsinə dair danışıqlar uğursuz nəticələnib

İranın İraqa elektrik enerjisi verilməsinə dair danışıqlar uğursuz nəticələnib Bakı. 17 iyul. REPORT.AZ/ “İraq nümayəndə heyətinin İran tərəfi ilə elektrik enerjisinin bərpasına dair danışıqları uğursuz nəticələndi”.
Digər ölkələr
17 İyul , 2018 09:48
İranın İraqa elektrik enerjisi verilməsinə dair danışıqlar uğursuz nəticələnib

Bakı. 17 iyul. REPORT.AZ/ “İraq nümayəndə heyətinin İran tərəfi ilə elektrik enerjisinin bərpasına dair danışıqları uğursuz nəticələndi”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İraqın energetika naziri Qasem əl-Fəhdavi Tehranda keçirilən görüşün yekunu barədə danışarkən deyib.

Onun sözlərinə görə, hazırda İraqın cənubunun elektrik enerjisi ilə təchiz etmək üçün alternativ variant axtarılır.

Türkiyənin NTV telekanalı bildirib ki, Bəsrədə keçirilən etiraz aksiyası zamanı İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin adını daşıyan küçədə onun posteri yandırılıb. İraqın cənubunda yerləşən Zikar şəhərində isə “İranı artıq istəmirik!” şüarı səslənib. Qeyd edək ki, 2017-ci ildə İraqın paytaxında korrupsiya və rüşvətxorluq əleyhinə keçirilən etiraz aksiyasında “Bağdad azad olacaq, İran çıx get!” şüarı səslənmişdi.

İki həftəyə yaxındır İraqın cənubunda elektrik enerjisi verilmir. Buna etiraz olraq, aksiya keçirilir. Polislə aksiya iştirakçıları arasında baş verən toqquşma nəticəsində beş etirazçı ölüb, 190 nəfər yaralanıb.

Sakinlər isti hava şəraitində elektrik enerjisi və suyun fasilələrlə verilməsinə qarşı aksiyalar keçirirlər. Mitinqçilər hakimiyyətdən kommunal sahədə xidmətlə bağlı problemin həllini, eləcə də yerli sakinlərin işlə təmin olunmasını tələb edir. Bəsrədə başlayan etiraz aksiyası İraqın cənubundakı bütün bölgələri, Di-Kar, Maysan, Ən-Nəcəf, Kərbəla, Babil və Bağdadı da əhatə edib.

Hakimiyyət yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısını almaq məqsədi ilə güc strukturlarını hazırlıq vəziyyətinə gətirib.

Son xəbərlər

Orphus sistemi