​İranın hərbi gəmiləri Ədən körfəzinə doğru yola düşüb

​İranın hərbi gəmiləri Ədən körfəzinə doğru yola düşüb Gəmilər beynəlxalq sularda İranın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıq yerinə yetirəcək
Digər ölkələr
8 Aprel , 2015 16:45
​İranın hərbi gəmiləri Ədən körfəzinə doğru yola düşüb

Bakı. 8 aprel. REPORT.AZ/ İranın "Buşəhr" və "Barz" hərbi gəmiləri bu gün Ədən körfəzi və Bab əl-Məndəb boğazı istiqamətində yola düşüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, gəmilər İran körfəzindən həmin istiqamətə göndərilib.

İran hərbi qurumunun yaydığı məlumata əsasən, hər iki gəmi naviqasiya və beynəlxalq sularda İslam Respublikasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıq yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi