Yuxarı
    Bağlamaq

    İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib - FOTO

    Saeed Karimiyan və sürücüsü hadisə yerində ölü.

    İstanbul. 30 aprel. REPORT.AZ/ İranın "GEM" telekanalının prezidenti Saeed Karimiyan Türkiyənin İstanbul şəhərində öldürülüb.

    "Report"un Türkiyə bürosu xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

    Belə ki, telekanal rəhbərinin İstanbulun Sarıyer səmtinin Maslak Ayazağa küçəsindən Levent istiqamətinə hərəkət edən avtomobilinin qarşısı naməlum şəxslər tərəfindən kəsilib. Bundan sonra avtomobil odlu silahdan atəşə tutulub. Nəticədə S.Karimiyan və sürücüsü hadisə yerində ölüb.

    Qeyd edək ki, İranın populyar televizya kanalı olan "GEM" TV İstanbulda yayımlanır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi