İranın Bağdaddakı səfiri raket zərbələri ilə əlaqədar İraq XİN-ə çağırılıb

İranın Bağdaddakı səfiri raket zərbələri ilə əlaqədar İraq XİN-ə çağırılıb İranın Bağdaddakı səfiri İraqın Xаrici İşlər Nаzirliyinə çağırılıb.
Digər ölkələr
10 Yanvar , 2020 00:39
İranın Bağdaddakı səfiri raket zərbələri ilə əlaqədar İraq XİN-ə çağırılıb

İranın Bağdaddakı səfiri İraqın Xаrici İşlər Nаzirliyinə çağırılıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” İraqın xarici siyasət idarəsinin bəyanatına istinadən xəbər verib.

Qeyd edilir ki, İraq XİN Tehranın ölkə ərazisindən raket zərbələri ilə əlaqədar səfirə rəsmi etiraz bildirib.

Nazirlik hücumları respublikanın müstəqilliyinin pozulması hesab edir.

Son xəbərlər

Orphus sistemi