İranın Avstriyadakı səfirinin iqamətgahına silahlı hücum olub, ölən və yaralanan var

İranın Avstriyadakı səfirinin iqamətgahına silahlı hücum olub, ölən və yaralanan var Hadisə Vyana şəhərində baş verib
Digər ölkələr
12 Mart , 2018 05:30
İranın Avstriyadakı səfirinin iqamətgahına silahlı hücum olub, ölən və yaralanan var

Bakı. 12 mart. REPORT.AZ/ İranın Avstriyanın paytaxtı Vyanadakı səfirinin iqamətgahına naməlum şəxs tərəfindən silahlı hücum olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi öz "Twitter" mikrobloqunda yazıb.

"İran iqamətgahı: bıçaqla hücum etmiş şəxs Avstriya silahlı qüvvələri tərəfindən güllələnib", — deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, hücumu adı açıqlanmayan 26 yaşlı Avstriya vətəndaşı edib.

Silahlı insident nəticəsində bir hərbçi yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi