Bakı. 15 yanvar. REPORT.AZ/ "Washington Post" qəzetinin Tehran şöbəsinin rəhbərinə qarşı rəsmi ittiham irəli sürülüb.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, hazırda həbsdə olan Ceyson Rezayan İnqilab Məhkəməsi qarşısına çıxarılacaq.
İttihamların mahiyyəti haqqında məlumat verilmir.
Qeyd edək ki, Rezayan ikili vətəndaşlığa sahibdir.