İranda ixtişaşlarla bağlı 150-dən çox ehtimal olunan təhrikçi saxlanılıb

İranda ixtişaşlarla bağlı 150-dən çox ehtimal olunan təhrikçi saxlanılıb İranda etiraz aksiyaları dekabrın 28-də başlayıb
Digər ölkələr
2 Yanvar , 2018 22:48
İranda ixtişaşlarla bağlı 150-dən çox ehtimal olunan təhrikçi saxlanılıb
AP

Bakı. 2 yanvar. REPORT.AZ/ İranın güc strukturları Həmədan vilayətində baş verən nümayişlərdə ixtişaşlarla bağlı 150-dən çox ehtimal olunan təhrikçini saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət başçısı Əli Təali bildirib.

"Son günlər ərzində 150-dən çox üsyankar saxlanılıb və məhkəmə orqanlarına təhvil verilib. Bunlar 17-25 arası gəclərdir. Aralarında digər vilayətlərdən olan şəxslər də var," – vali deyib.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Ölkənin müxtəlif şəhərlərində baş verən aksiyalarda etirazçılar qiymətlərin artımından şikayət edir. Polis əməkdaşları ilə toqquşma nəticəsində azı 20 nəfər ölüb. İran polisinin məlumatına görə, ixtişaşlarda iştirak edən 450-dən çox insan saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi