Bakı. 7 sentyabr. REPORT.AZ/ İranın ali dini lideri Ayətullah Əli Xamenei dini bayram münasibəti ilə 1166 məhbusun əfv edildiyini və cəzalarının yüngülləşdirildiyini elan edib.
"Report" xəbər verir ki, bununla bağlı ali liderin rəsmi saytı bildirib.
Saytın məlumatına görə, İranın Məhkəmə hakimiyyətinin başçısı Sadiq Amolu Larijani Xameneiyə məhbusların əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı təklif göndərib. Ölkənin ali lideri Qurban və Qədir Xum bayramları münasibətilə təklifin reallaşmasına razılığını verib.