Avstraliyada daha bir nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
“Report” yerli
Bununla da Avstraliyada koronavirus daşıyıcılarının sayı 11-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 168-ə çatıb. Bunların 50 973 nəfəri sağalıb, 3 203 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.