İran XİN: "ABŞ regional siyasətini yenidən gözdən keçirməlidir"

İran XİN: "ABŞ regional siyasətini yenidən gözdən keçirməlidir" ABŞ-ın regionun ölkələrinin daxili işlərinə müdaxiləsi bölgədə zorakılığın və ekstremizmin inkişafının əsas amilidir
Digər ölkələr
2645
9 Noyabr , 2016 22:12
İran XİN: ABŞ regional siyasətini yenidən gözdən keçirməlidir

Bakı. 9 noyabr. REPORT.AZ/ "ABŞ özünün regional siyasətini yenidən gözdən keçirməlidir".

"Report" "İrna" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasimi ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Amerika hökumətinin siyasəti İran xalqı üçün mühüm əhəmiyyətə malikdir və ABŞ hökumətinin funksiyaları Vaşinqtonun siyasətinin qiymətləndirilməsinin meyarıdır.

Kasimi qeyd edib ki, ABŞ-ın regionun ölkələrinin daxili işlərinə müdaxiləsi bölgədə zorakılığın və ekstremizmin inkişafının əsas amilidir.

"Yaxın Şərqdə qeyri-sabit vəziyyət, Fars körfəzində, Ədən körfəzində və Qırmızı dənizdə, həmçinin İŞİD-in terrorizmi də daxil olmaqla, zorakılığın və ekstremizmin yayılması yolu ilə yaranan təhlükələr ABŞ-ın regionda siyasətinə yenidən baxması zəruriliyini ortaya çıxarır". – deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi