Bakı. 12 aprel. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Hüseyn Dehqan ilə telefon söhbəti edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar Departamentinin məlumatında bildirilir.
Tərəflər ABŞ-ın Şayrat aviabazasına raket zərbəsi nəticəsində Suriyada yaranan vəziyyəti müzakirə ediblər.
Məlumatda, həmçinin bildirilir ki, Şoyqu və Dehqan ABŞ-ın hərəkətlərini "beynəlxalq hüquqa zidd addım" kimi səciyyələndiriblər.
Hər iki ölkənin müdafiə naziri qeyd edib ki, bu zərbə İŞİD və digər terror qruplaşmalarının fəallaşmasına köməklik göstərib.
Tərəflər, eləcə də Suriyada terrorçuluqla mübarizə ilə bağlı əlaqələndirmə məsələlərini müzakirə ediblər.