Yuxarı

​İran Suriyada raket istehsalı zavodları inşa edib

Raket zavodları İran texnologiyaları əsasında tikilib

Bakı. 12 noyabr. REPORT.AZ/ İran Suriyada öz texnologiyaları əsasında raket istehsal edən zavodlar inşa edib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu İranın "Fars" agentliyinə müsahibəsində briqada generalı Amir Əli Hacızadə bildirib.

General, söhbətin məhz hansı raketlərdən getdiyini dəqiqləşdirməyib.

"Suriyada raket zavodları İran tərəfindən və İran texnologiyaları əsasında tikilib", - deyə o bildirib.

Hacızadə əlavə edib ki, bu istehsalat komplekslərində "Hizbullah" qruplaşması və Fələstin müqavimət hərəkatının mütəxəssisləri təlim keçiblər və indi onlar bu texnologiyalardan istifadə imkanlarına malikdirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi