Yuxarı

İran Səüdiyyə Ərəbistanından BMT-yə şikayət etdi

Səüdiyyə Ərəbistanı İrandan Yəmənə humanitar yardımı çatdırmağa imkan vermir

Bakı. 14 May. REPORT.AZ/ İran höküməti Yəmənə göndərilən humanitar yardım yüklərinin qarşısını alan Səüdiyyə Ərəbistanından BMT-yə şikayət etdi.

"Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ciddi humanitar fəlakətlə üzləşən Yəmən əhalisinə dərman və ərzaq yükü daşıyan "Iran Shahed" gəmisi Hodeyda limanına yanaşmaq istəsə də buna müvəffəq olmayıb.

Səüdiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri İran gəmisinin Yəmən sahillərindən geri çəkilməsini tələb edib. Lakin İran gəmisi bunu etməkdən imtina edib.

Bu arada rəsmi Vaşinqton Tehrana humanitar yükləri qonşu Cibutinin limanları vasitəsi ilə Yəmənə çatdırmağı məsləhət görüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi