İran rəsmən Suriyada atəşkəsə zamin ölkə olub

İran rəsmən Suriyada atəşkəsə zamin ölkə olub Aleksandr Lavrentiyev: "İŞİD və "Cəbhət ən-Nüsrə" tərəfindən nəzarət edilən sahələrin xəritələri cızılır"
Digər ölkələr
15 Mart , 2017 16:56
İran rəsmən Suriyada atəşkəsə zamin ölkə olub

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya və Türkiyə ilə yanaşı, İran da rəsmən Suriyada hərbi əməliyyatların dayandırılması üzrə zamin ölkə olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Astanada mətbuat konfransında Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev bildirib.

"Həm Türkiyə, həm də İran tərəfdən kifayət qədər ətraflı məlumat almışıq və hazırda İŞİD və "Cəbhət ən-Nüsrə" tərəfindən nəzarət edilən sahələrin xəritələri cızılır", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi