İran prezidenti Rusiyaya rəsmi səfər edəcək

İran prezidenti Rusiyaya rəsmi səfər edəcək Dövlət başçılarının bir sıra məsələləri müzakirə edəcəyi bildirilir
Digər ölkələr
14 Mart , 2017 07:37
İran prezidenti Rusiyaya rəsmi səfər edəcək
Foto: "RİA Novosti"

Bakı. 14 mart. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin İranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.

"Report"un məlumatına görə, bu barədə "RG" xəbər verib.

Qeyd olunur ki, İran lideri Moskvaya martın 28-də səfər edəcək. Dövlət başçılarının bir sıra məsələləri müzakirə edəcəyi bildirilir.  

Görüş barədə məlumatı Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Lakin o, görüşün dəqiq tarixi və müzakirə olunacaq məsələlər barəsində hər hansı açıqlama verməyib. Bununla belə, D.Peskov prezidentlərin görüşünün dəqiq tarixi ilə bağlı açıqlamanın olacağını da qeyd edib. 

Son xəbərlər

Orphus sistemi