İran prezidenti Avstriya və Belçikaya gedəcək

İran prezidenti Avstriya və Belçikaya gedəcək Bu barədə İran prezident administrasiyasının rəhbəri Məhəmməd Nahavandian bildirib
Digər ölkələr
1 Fevral , 2016 02:13
İran prezidenti Avstriya və Belçikaya gedəcək

Bakı. 1 fevral. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani yaxın həftələrdə Avstriyaya və Belçikaya səfər edəcək. "Report" "Amerikanın səsinə" istinadən xəbər verir ki, İRİB telekanalının verdiyi məlumata görə, bu barədə İran prezident administrasiyasının rəhbəri Məhəmməd Nahavandian bildirib.

Nahavadian səfərlərin gündəliyini şərh edərək qeyd edib ki, İrana da xarici rəsmi şəxslərin səfərləri gözlənilir. Onun sözlərinə görə, yaxın həftələrdə İsveçrə prezidenti İrana rəsmi səfərə gələ bilər.

Xatırladaq ki, Qərbin İrana tətbiq etdiyi sanksiyalar qarşılığında Tehran nüvə proqramını məhdudlaşdırmağa razılaşdıqdan sonra İran üçün yeni era başlanıb.

Son xəbərlər

Orphus sistemi