İran nüvə silahı danışıqları ilə bağlı nikbindir

İran nüvə silahı danışıqları ilə bağlı nikbindir "Həll oluna bilməyəcək məsələ yoxdur”
Digər ölkələr
21 Mart , 2015 19:48
İran nüvə silahı danışıqları ilə bağlı nikbindir

Bakı. 21 mart. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani nüvə danışıqlarında əldə olunmuş irəliləyişin yekun sazişə zəmin yaratdığını deyib.

"Həll oluna bilməyəcək məsələ yoxdur”, hərçənd ki, bəzi fikir ayrılığı mövcuddur, deyən İran prezidentindən dövlət mediasında iqtibas gətirilir.

"Report"un BBC-yə istinasən verdiyi xəbərə görə, ABŞ dövlət katibi John Kerry İranla danışıqlarda “əhəmiyyətli irəliləyişi”n olduğunu qeyd edib.

Cənab Ruhani İsveçrəinin Lozanna şəhərində nüvə proqramı ilə bağlı danışıqların sonuncu dövrəsində fikir ayrılığı yaşanan sahələrdə mövqelərin yaxınlaşdığını bildirib.

“Bu yekun razılaşmanın zəmini ola bilər”, - İran prezidenti deyib.

6 ölkədən ibarət qrupda birləşən dünya gücləri martın sonunda başa çatacaq son müddətə kimi İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan sazişə nail olmaq istəyirlər.

ABŞ, Birləşmiş Krallıq, Rusiya, Çin, Fransa və Almaniya əvəzində BMT sanksiyalarının qaldırılmasını təklif edir.

Tehran nüvə silahı əldə etmək barədə ittihamları rədd edərək yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi