İran fələstinliləri silahlandırmağı vəd edib

İran fələstinliləri silahlandırmağı vəd edib İsrailə məxsus pilotsuz təyyarənin İranda vurulmasına cavab olaraq İudeya və Samariya fələstinliləri silahla təmin ediləcəklər
Digər ölkələr
26 Avqust , 2014 11:08
İran fələstinliləri silahlandırmağı vəd edib

Bakı. 26 avqust. REPORT.AZ/ "İsrailin İrana kəşfiyyat pilotsuz təyyarənin göndərməsinə cavab olaraq İran fələstinliləri silahlandıracaq".

Report xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandirlərindən biri Əmir Əli Hacızadə bəyan edib. 

Onun sözlərinə əsasən, İudeya və Samariya fələstinlilər İsrailin bu hərəkətinə görə silahla təmin olunacaqlar. 

Qeyd edək ki, İranda bu yaxınlarda bildirilib ki, İsrailə məxsus "Hermes" pilotsuz təyyarəsi Natanzada yerləşən uranın zənginləşdirilməsi üzrə zavodun üzərində vurulub. Məlumata əsasən, hazırda vurulmuş təyyarənin topladığı informasiya təhlil olunur. 

Son xəbərlər

Orphus sistemi