İran BMT-yə Yəməndə sülhə dair plan təqdim edib

İran BMT-yə Yəməndə sülhə dair plan təqdim edib Plan 4 bənddən ibarətdir
Digər ölkələr
18 Aprel , 2015 06:08
İran BMT-yə Yəməndə sülhə dair plan təqdim edib

Bakı. 18 aprel. REPORT.AZ/ İranın xarici işlər naziri BMT-nin baş katibi Pan Ki Muna yazdığı məktubda Yəməndə sülhün bərqərar edilməsinə dair 4 bənddən ibarət plan təklif edib.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, İranın xarici işlər naziri Mohammad Javad Zarif-in təklif etdiyi sülh planında bütün tərəflər arasında atəşkəs elan edilməsi, bütün xarici müdaxilələrin dayandırılması, humanitar yardım və milli barışıq üçün geniş dialoqdan söz açılır.

Qərb və ərəb diplomatları bu plana həvəssiz yanaşaraq İranın bu münaqişədə maraqlı tərəf olduğunu bildiriblər.

Hazırda Yəməndə sünni Səudiyyə koalisiyasının təyyarələri İran tərəfindən dəstəklənən şiə husi qiyamçılrının mövqelərinə raket zərbələri endirir.

Pan Ki Muna Yəməndə bütün tərəfləri atəşi dayandırmağa çağırıb. Bu çağırış Yəmənə hava reydləri keçirən Səudiyyəyə də aiddir.

Son xəbərlər

Orphus sistemi