İqor Dodon yenidən Moldova prezidentliyinə namizəd olacaq

İqor Dodon yenidən Moldova prezidentliyinə namizəd olacaq Moldova prezidenti İqor Dodon ikinci müddətə prezidentliyə namizəd olacağını istisna etməyib.
Digər ölkələr
3 Dekabr , 2019 05:49
İqor Dodon yenidən Moldova prezidentliyinə namizəd olacaq
ТАСС

Moldova prezidenti İqor Dodon ikinci müddətə prezidentliyə namizəd olacağını istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə o, yerli TV8 telekanalının efirində bildirib.

"İstisna etmirəm ki, ikinci müddətə prezidentliyə namizəd olacam", - Dodon bildirib.

O, qeyd edib ki, hazırda qəti qərar qəbul etməyib.

Dövlət başçısı əlavə edib ki, bu qərar öz komandası və xalqla birlikdə qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi