İqor Dodon Moldova PA-nın binası üzərindən Aİ-nin bayrağının götürülməsinə aydınlıq gətirib

İqor Dodon Moldova PA-nın binası üzərindən Aİ-nin bayrağının götürülməsinə aydınlıq gətirib Sabiq prezident Trayan Baseskuya Moldova vətəndaşlığının verilməsi sərəncam ilin sonunadək ləğv ediləcək
Digər ölkələr
27 dekabr 2016 00:33
İqor Dodon Moldova PA-nın binası üzərindən Aİ-nin bayrağının götürülməsinə aydınlıq gətirib

Kişinyov. 27 dekabr. REPORT.AZ/ Rumıniyanın sabiq prezidenti Trayan Baseskuya Moldova vətəndaşlığının verilməsilə bağlı sərəncam bu ilin sonunadək ləğv ediləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə ölkə prezidenti İqor Dodon Moldovanın “Pro TV” kanalına müsahibəsində bildirib.

O, bir daha T.Baseskunun Moldova vətəndaşlığından məhrum edilməsi barədə niyyətini təsdiq edib. “Prezident Nikolae Timoftinin imzaladığı sərəncam qanunsuzudr. Qanunvericiliyin tələblərini pozaraq imzalanan sərəncam ləğv olunacaq”, - deyə İ.Dodon əlavə edib.

Qeyd edək ki, cari il martın 8-də Basesku ailəsi Moldova vətəndaşlığı almaq məqsədilə rəsmi Kişinyova müraciət edib. Qanuna əsasən vətəndaşlığın alınması ilə bağlı müraciətə şəxsin ərizə verdiyi vaxtdan 1 il müddətində baxılmalıdır. Lakin T.Baseskunun müraciətinə qısa müddətdə baxılaraq, iyunun 9-da sabiq prezident Nikolae Timofti tərəfindən vətəndaşlığın verilməsilə bağlı sərəncam imzalanıb.

İqor Dodon müsahibəsində Prezident Administrasiyasının binası üzərindən Avropa İttifaqının (Aİ) bayrağının götürülməsi və prezidentin rəsmi saytındakı rumın dili bölməsinin moldovan dili ilə əvəzlənməsi məsələsinə də aydınlıq gətirib.

“Konstitusiyada aydın yazılıb ki, Moldovanın dövlət dili moldovan dilidir. Mən ölkə konstitusiyasına hörmət edirəm və mandatımın sonunadək hörmət edəcəm. O ki qaldı Prezident Administrasiyasının binası üzərindən Aİ bayrağının götürülməsinə, qanun Moldova bayrağından başqa digər bayraqların mütləq qaydada asılmasını istisna etmir. Lakin Moldova MDB-nin və eləcə də NATO-nun üzvüdür. Bəs onda nə üçün həmin təşkilatlara üzv dövlətlərin bayraqları onların binasından asılmır? Qanunda qeyd edildiyi kimi mütləq qaydada binada yalnız Moldova bayrağı asılacaq”, - deyə o, bildirib.

İqor Dodon onu da əlavə edib ki, Moldova bundan sonra da Aİ ilə əməkdaşlığı genişləndirəcək və prezident kimi 2017-ci ildə Moskvadan sonra ikinci rəsmi səfərini Brüsselə edəcək.

Son xəbərlər

Orphus sistemi