Yuxarı

İqlim üzrə Paris sazişini 165-dən çox ölkə imzalayacaq

İmzalanma mərasimi Nyu-York şəhərində keçiriləcək

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında ötən ilin dekabr ayında Parisdə qəbul edilmiş iqlim üzrə sazişin imzalanma mərasimi keçiriləcək.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünyanın 165-dən çox ölkəsi bu mərasimdə iştirak etməyə hazır olduğunu bəyan edib.

Sənədi ilk imzalayan Fransa prezidenti Fransua Olland olacaq.

Qeyd edək ki, İqlim üzrə saziş İqlim Dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul olunub. Sazişdə qlobal temperaturun yüksəlmə səviyyəsini 1,5 dərəcə Selsidə saxlamaqla bağlı vəd yer alıb.

Artıq indidən sabah Paris sazişinin imzalanmasının ilk günündə bu vaxta qədər heç bir sənədin imzalanmasının birinci günündə qeydə alınmamış qədər imza toplanacağı gözlənilir.

İqlim üzrə Paris sazişi onun azı 55 ölkə tərəfindən ratifikasiya edilməsindən sonrakı otuzuncu gündə qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi