İordaniyanın baş naziri istefa verib

İordaniyanın baş naziri istefa verib Hani əl-Mülki mövqeyini dəyişməyəcəyini bildirib
Digər ölkələr
4 İyun , 2018 17:19
İordaniyanın baş naziri istefa verib

Bakı. 4 iyun. REPORT.AZ/ İordaniyada altı gündür davam edən etiraz aksiyaları fonunda baş nazir Hani əl-Mülki istefa verib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, baş nazir Beynəlxalq Valyuta Fondunun dəstəklədiyi yeni vergi qanunu ilə bağlı mövqeyini dəyişməyəcəyini bildirib.

Onun yerinə Ömər əl-Rezzaz müvəqqəti olaraq baş nazirin səlahiyyətlərini icra edir. Kral II Abdullah ondan yeni hökuməti formalaşdırmasını istəyib.

Aksiya iştirakçıları həmin qanunun əhalinin yoxsul və orta təbəqəsinə ziyan vuracağını vurğulayır.

Bir müddət əvvəl İordaniya kralı II Abdullah etirazçıları danışığa çağırıb.

Son xəbərlər

Orphus sistemi