İordaniyada şirlər baytar və köməkçisini parçalayıblar

İordaniyada şirlər baytar və köməkçisini parçalayıblar Hər iki əməkdaş dünyasını dəyişib
Digər ölkələr
16 Yanvar , 2017 05:14
İordaniyada şirlər baytar və köməkçisini parçalayıblar

Bakı. 16 yanvar. REPORT.AZ/ İordaniyanın Əl-Balka əyalətində yerləşən qoruqda üç şir baytar və onun köməkçisinə hücum edib. Nəticədə parkın hər iki əməkdaşı ölüb.

"Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.

Yırtıcılar baytar və onun Pakistan əsilli köməkçisinə safari-parkda hücum ediblər. Şirlər yatızdırılıb.

Hazırda polis faktla bağlı araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi