İordaniyada sərnişin avtobusu suda batıb, ölənlər və yaralananlar var

İordaniyada sərnişin avtobusu suda batıb, ölənlər və yaralananlar var Bakı. 25 oktyabr. REPORT.AZ/ İordaniyada sərnişin avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
25 Oktyabr , 2018 23:24
İordaniyada sərnişin avtobusu suda batıb, ölənlər və yaralananlar var

Bakı. 25 oktyabr. REPORT.AZ/ İordaniyada sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə "Report" "Ammon News"a istinadən xəbər verir.

Məlumata görə, nəqliyyat vasitəsi Yaxın Şərq regionunda leysan yağışları nəticəsində yaranmış daşqın zamanı batıb. Hadisə zamanı avtobusda 44 nəfər olub, onlardan 37-i məktəbli imiş.

Qəza nəticəsində 10 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Təcili xidmətlərin əməkdaşları yaralılara yardım göstərir. Hadisənin başvermə şəraiti araşdırılır.

Son xəbərlər

Orphus sistemi