​İordaniyada qaçqın düşərgəsinə hücum olub, kəşfiyyatçılar öldürülüb

​İordaniyada qaçqın düşərgəsinə hücum olub, kəşfiyyatçılar öldürülüb Hücum edənlərin hədəfi düşərgədəki kəşfiyyat bürosu olub
Digər ölkələr
6 İyun , 2016 13:37
​İordaniyada qaçqın düşərgəsinə hücum olub, kəşfiyyatçılar öldürülüb

Bakı. 6 iyun . REPORT.AZ/ İordaniyada Fələstindən olan qaçqınların düşərgəsinə edilən hücum nəticəsində 5 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

İnformasiyaya əsasən, öldürülənlərdən azı 3-ü İordaniya kəşfiyyat qurumunun əməkdaşlarıdır.

Hakimiyyət təmsilçiləri bunu "terror hücumu" adlandırıblar.

İordaniya hökumətinin sözçüsü Məhəmməd Momani bildirib ki, hücum edənlərin hədəfi düşərgədəki kəşfiyyat bürosu olub.

Hadisə Beka qaçqın düşərgəsində baş verib.

Bu düşərgədəki fələstinlilər 1967-ci il müharibəsi zamanı Fələstinin Qəzza zolağı və İordan çayının qərb sahilindən qaçqın düşənlərdir. Beka 1968-ci ildə qurulan qaçqın düşərgələrin ən böyüyü sayılır. 

Son xəbərlər

Orphus sistemi