İordaniyada koronavirusa yoluxan ilk qadın Amman şəhərində yerləşən şahzadə Həmzə adına xəstəxanada keçinib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə xəstəxanın baş həkimi Əbdül Rəzzək əl-Haşman deyib.
“Bədəni güclü zəhərlənmə ilə zəifləyən 83 yaşlı qadın ölüb. Qadın əvvəlcə özəl klinikada olub, daha sonra xəstəxanaya gətirilib”.
Ölkənin səhiyyə naziri Saad Caber isə bildirib ki, hazırda İordaniyada 237 nəfər koronavirusa yoluxub.
Nazirin sözlərinə görə, hazırda üç xəstənin vəziyyət ağırdır və onların intensiv müalicə kursuna ehtiyacları var.