Bakı. 15 yanvar. REPORT.AZ/ İordaniya kralı Abdulla ibn Hüseyn yeni hökuməti təyin edib, lakin Hani əl-Mülkini baş nazir postunda saxlayıb.
"Report" xəbər verir ki, bu barədə İordaniyanın dövlət televiziyasına istinadən "Reuters" məlumat yayıb.
Əl-Mükinin baş nazir vəzifəsinə təyin olunmasından sonra həyata keçirilən sayca ikinci kadr dəyişikliyi ona iqtisadi islahatların aparılması və təhlükəsizlik sahəsində mövcud təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görmək üçün daha geniş şərait yaratmaq üçündür.