Yuxarı

​İordaniya kralı: "Suriyalı qaçqınların qəbulunu dayandırmağa məcbur olacağıq"

Abdullah II: Ölkə büdcəsinin 25 faizi qaçqınlara yardıma xərclənir

Bakı. 2 fevral. REPORT.AZ/ "Suriyadan olan yüz minlərlə qaçqının gəlməsi ölkəmizin infrastrukturuna və iqtisadiyyatına problem yaratdığından çox güman ki, onların qəbulunu dayandırmaq məcburiyyətində qalacağıq".

"Report" xəbər verir ki, bunu İordaniyanın kralı II Abdullah BBC-yə müsahibəsində bildirib.

"Gec-tez sədd dağılacaq... Fikrimcə, vəziyyət qaynama nöqtəsinə çatıb", - deyə o, vurğulayıb.

İordaniya kralının sözlərinə görə, ölkə büdcəsinin 25 faizi qaçqınlara yardıma xərclənir, sosial xidmətlər imkanları xaricində fəaliyyət göstərir, işsizlik artır.

Qeyri-rəsmi məlumatlara əsasən, BMT-nin qeydə aldığı 4,6 milyon suriyalı qaçqından 635 min nəfəri İordaniyaya sığınıb.

Qeyd edək ki, rəsmi Ankara iki milyondan çox suriyalı qaçqının Türkiyəyə sığındığını bildirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi