Yuxarı

İordaniya kralı baş nazirə yeni hökumət formalaşdırmağı tapşırıb

Baş nazir yeni nazirlər kabinetini formalaşdıracaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ İordaniya kralı II Abdulla baş nazir Hani Mülkiyə ölkədə keçmiş parlament seçkilərilə əlaqədar yeni hökumət formalaşdırmağı tapşırıb.

"Report" xəbər verir ki, bu barədə "Petra" dövlət agentliyi məlumat yayıb. 

Məlumata görə, baş nazir yeni nazirlər kabinetini formalaşdıracaq.

İordaniya parlamentinə seçkilər sentyabrın 20-də keçirilib. Səsvermələrin nəticələrinə görə, 130 yerin əksəriyyətini kralın tərəfdarları əldə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi