​İordaniya İranda Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücumu pisləyib

​İordaniya İranda Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücumu pisləyib İranın bu ölkədəki səfiri XİN-ə çağırılıb
Digər ölkələr
7 Yanvar , 2016 03:45
​İordaniya İranda Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücumu pisləyib

Bakı. 7 yanvar. REPORT.AZ/ İordaniya Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna edilən hücumları rəsmi şəkildə pisləmək üçün İslam Respublikasının Əmmandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, səfir ilə söhbət zamanı qeyd olunub ki, İordaniya İranın ərəb ölkələrinin işinə müdaxilə etməsinə qarşı çıxır və İslam Respublikası rəhbərliyinin regionda dinlərarası ədavəti qızışdıran son bəyanatını pisləyir.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Daha sonra iki ölkə arasında diplomatik münasibətlər və hava əlaqəsi kəsilib.

Son xəbərlər

Orphus sistemi