​İordaniya 6 terrorçunu edam etməyə hazırlaşır

​İordaniya 6 terrorçunu edam etməyə hazırlaşır Edam fevralın 4-də, sübh tezdən icra olunacaq
Digər ölkələr
3 Fevral , 2015 23:56
​İordaniya 6 terrorçunu edam etməyə hazırlaşır

Bakı. 3 fevral. REPORT.AZ/ İordaniya rəhbərliyinin nümayəndələri Krallıq Hərbi Hava Qüvvələrinə məxsus təyyarəçinin ölüm faktını təsdiq edib və pilotun hələ bir ay öncə, o, əsir düşən zaman edam olunduğunu bəyan edib.

"Report" xəbər verir ki, iordaniyalılar bunun əvəzi olaraq Əmman türməsində saxlanılan terrorçu qadın Sacid ər-Rişauini, həmçinin həbsdə olan daha 5 "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçusunu edam edəcəklərinə vəd veriblər.

Edam çərşənbə günü, fevralın 4-də, sübh tezdən icra olunacaq.

Bundan əvvəl, İŞİD iordaniyalı pilotu İran terrorçusu ilə dəyişməyə hazır olduğunu bəyan etmişdi.

Son xəbərlər

Orphus sistemi