İordan çayının qərb sahilindəki toqquşmalarda 760-dan çox insan xəsarət alıb

İordan çayının qərb sahilindəki toqquşmalarda 760-dan çox insan xəsarət alıb Bakı. 8 dekabr. REPORT.AZ/ Son məlumatlara görə, ABŞ-ın Yerusəlimi tanımasına etiraz əlaməti olaraq keçirilən aksiyalarda İsrailin güc strukturlaarı ilə baş verən toqquşmalarda 2 fələstinli həlak olub, 760-dan çox insan xəsarət alıb.
Digər ölkələr
8 Dekabr , 2017 23:16
İordan çayının qərb sahilindəki toqquşmalarda 760-dan çox insan xəsarət alıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Son məlumatlara görə, ABŞ-ın Yerusəlimi tanımasına etiraz əlaməti olaraq keçirilən aksiyalarda İsrailin güc strukturlaarı ilə baş verən toqquşmalarda 2 fələstinli həlak olub, 760-dan çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə yerli tibb xidmətindən məlumat verilib.

İsrail hərbçiləri hesablayıblar ki, İordan çayının qərh sahilində və Qəzza sektorundakı qarışıqlıqlarda 7,5 min nəfər iştirak edib və hərbçilər onlarla təhrikçiyə öldürmək üçün atəş açdıqlarını etiraf ediblər.

"Daha bir nəfər ölüb. Bu Qəzza sektorunda artıq ikinci fələstinlidir. Daha 3 nəfər ağır vəziyyətdədir", - deyə Səhiyyə Nazirliyinin nümayənədəsi Əşrəf əl-Kidr bildirib.

Son xəbərlər

Orphus sistemi