İnterpolun sabiq rəhbərinin həyat yoldaşı təhdidlər barədə danışıb

İnterpolun sabiq rəhbərinin həyat yoldaşı təhdidlər barədə danışıb Bakı. 10 oktyabr. REPORT.AZ/ İnterpolun sabiq rəhbəri Men Hunveyin həyat yoldaşı Qreys Men həyatı üçün qorxduğunu söyləyib.
Digər ölkələr
10 Oktyabr , 2018 10:35
İnterpolun sabiq rəhbərinin həyat yoldaşı təhdidlər barədə danışıb
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ İnterpolun sabiq rəhbəri Men Hunveyin həyat yoldaşı Qreys Men həyatı üçün qorxduğunu söyləyib.

"Report" xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində bildirib.

Q.Men ərinin yoxa çıxmasından sonra ona naməlum şəxsdən təhdid dolu zəng gəldiyini etiraf edib. O, həmçinin 7 yaşlı iki oğlundan atasının başına gələnləri gizlətdiyini söyləyib.

Xatırladaq ki, İnterpolun rəhbəri vəzifəsini tutan Men Hunvey sentyabrın sonlarında itkin düşüb. Daha sonra onun Çində saxlanıldığı, hökumətin onu korrupsiyada şübhəli bildiyi məlum olub. M.Hunvey təşkilatın rəhbərli postundan istefaya göndərilib.

Son xəbərlər

Orphus sistemi