Yuxarı

İnterpol Xodorkovskini beynəlxalq axtarışa verib

İnterpolun Mərkəzi Ofisi Rusiya bürosundan aldığı müvafiq sirkulyardan sonra belə qərar qəbul edib

Bakı. 11 fevral. REPORT.AZ/ "Yukos" neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski beynəlxalq axtarışa verilib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, İnterpol Nefteyuqansk meri Vladimir Petuxovun öldürülməsiylə əlaqədar bu qərarı qəbul edib.

"İnterpolun Rusiyadakı Milli Bürosu Rusiya Baş Prokurorluğu və Rusiya İstintaq Komitəsindən aldığı materiallar əsasında Xodorkovskini beynəlxalq axtarışa verib. Müvafiq qərar İnterpolun Liondakı Mərkəzi Bürosuna göndərilib", - deyə mənbə bildirib.

Məlumata görə, İnterpolun Mərkəzi Ofisi Rusiya bürosundan aldığı müvafiq sirkulyardan sonra belə qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi