İnterpol Uruquvayda 3 Rusiya vətəndaşını saxlayıb

İnterpol Uruquvayda 3 Rusiya vətəndaşını saxlayıb Uruquvayda İnterpolun nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşları 3 Rusiya vətəndaşını saxlayıb.
Digər ölkələr
11 İyul , 2019 04:10
İnterpol Uruquvayda 3 Rusiya vətəndaşını saxlayıb

Uruquvayda İnterpolun nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşları 3 Rusiya vətəndaşını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Ecos nəşri məlumat yayıb. Qeyd olunub ki, onlar italiyalı mafioz Rokko Morabitonun həbsdən qaçmasına yardım etməkdə ittiham olunurlar.

Qeyd olunub ki, əməliyyat keçirilən ərazidə 23 iyun tarixində həbsxanadan qaçan Morabito olmayıb.

Rusiyanın Uruquvaydakı səfirliyinin mətbuat katibi Vasilis Fofanov RİA “Novosti”yə açıqlamasında həmyerlilərinin həbs edilməsi ilə bağlı səfirliyə məlumat daxil oldğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi