"İnterpol"un rəhbəri bir həftədir itkin düşüb - YENİLƏNİB

"İnterpol"un rəhbəri bir həftədir itkin düşüb - YENİLƏNİB Bakı. 5 oktyabr. REPORT.AZ/ İnterpolun itkin düşdüyü bildirilən rəhbəri Men Xunveyin Çində saxlanılıb və istintaq altındadır.
Digər ölkələr
5 Oktyabr , 2018 17:05
İnterpolun rəhbəri bir həftədir itkin düşüb - YENİLƏNİB

Bakı. 5 oktyabr. REPORT.AZ/ "İnterpol"un itkin düşdüyü bildirilən rəhbəri Men Xunveyin Çində saxlanılıb və istintaq altındadır. 

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazıb. 

Onun saxlanılmasının səbəbi açıqlanmayıb. 


*** 14:29

Fransa polisi "İnterpol"un rəisi Men Xunveyanın itkin düşməsi faktı üzrə araşdırma başlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, bu il sentyabrın 29-da Çinə səfər edib. 

Elə həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi