İngiltərədə yüngül mühərrikli təyyarə qəzaya uğrayıb: ölənlər var

İngiltərədə yüngül mühərrikli təyyarə qəzaya uğrayıb: ölənlər var Hadisə zamanı sərnişin və pilot həlak olub
Digər ölkələr
27 Avqust , 2017 08:08
İngiltərədə yüngül mühərrikli təyyarə qəzaya uğrayıb: ölənlər var

Bakı. 27 avqust. REPORT.AZ/ İngiltərənin cənub-qərbində, Dorset qraflığının aerodromu yaxınlığında yüngül mühərrikli "Tiger Moth" təyyarəsi qəzaya uğrayıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə qraflığın polisinin mətbuat xidməti məlumat yayıb.

Dorset polisinin böyük inspektoru Riçard Bell bildirib ki, hadisə zamanı iki nəfər - 67 yaşlı sərnişin və 64 yaşlı pilot həlak olub. Qəza barədə Aviasiya Hadisələrinin Təhqiqatı Bölməsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi