İngiltərə koronavirusdan ölənlərin gerçək sayı 15% daha çoxdur

İngiltərə koronavirusdan ölənlərin gerçək sayı 15% daha çoxdur İngiltərədə qocalar evində ölənləri də nəzərə alsaq, pandemiya qurbanlarının sayı rəsmi rəqəmlərdən 15% daha çoxdur.
Digər ölkələr
15 Aprel , 2020 13:16
İngiltərə koronavirusdan ölənlərin gerçək sayı 15% daha çoxdur

İngiltərədə qocalar evində ölənləri də nəzərə alsaq, pandemiya qurbanlarının sayı rəsmi rəqəmlərdən 15% daha çoxdur.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bunu statistikaçı Nik Strayp deyib.

“Ölüm şəhadətnamələrindən əldə edilən bilgiyə baxsaq, koronavirus səbəbilə ölənlərin sayı Səhiyyə Nazirliyinin açıqladığı rəqəmdən 15% çoxdur”, - N.Strayp bildirib.

Onun sözlərinə görə, İngiltərə Səhiyyə Nazirliyinin günlük açıqladığı statistik məlumatlar sadəcə xəstəxanada qeydə alınan ölümləri əks etdirir. Milli Statistika Komitəsi isə xəstəxana xaricində olan ölümləri də əlavə edir.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 12 107 nəfərdir. Ölkədə indiyədək qeydə alınmış koronavirus hallarının sayı 93 873-dür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 005 000-i ötüb. Bunların 485 827 nəfəri sağalıb, 126 839 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi