Bakı. 10 fevral. REPORT.AZ/ İndoneziyanın şərqindəki Qərbi Papua əyalətinin sahillərinə 5,1 bal gücündə zəlzələ baş verib.
"Report"un RİA Novosti agentliyinə istinadən məlumatına görə, yeraltı təkanların episentri Faqfaq şəhərindən 139 km cənub şərqdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.