İndoneziyanın paytaxtında bir neçə partlayış olub - VİDEO

İndoneziyanın paytaxtında bir neçə partlayış olub - VİDEO KİV-in məlumatına görə, partlayış nəticəsində ən azı üç nəfər ölüb
Digər ölkələr
14 Yanvar , 2016 09:35
İndoneziyanın paytaxtında bir neçə partlayış olub - VİDEO

Bakı. 14 Yanvar. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartanın mərkəzində bir neçə partlayış baş verib.

"Report" AFP-yə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı üç nəfər ölüb.

Məlumata görə, partlayışlardan biri Birləşmiş Millətlər Təşkilatının ofisinin yaxınlığında meydana gəlib. Daha bir partlayış ticarət mərkəzinin qarşısında həyata keçirilib. Burada da dəbdəbəli hoteller, səfirlik və ofis binaları yerləşir.

Artıq İndoneziya polisi partlayışlar olması faktını təsdiqləyib və partlayıcı qurğunun işə salındığını bildirib.

Son xəbərlər

Orphus sistemi