Bakı. 19 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adası sahillərində 6,3 maqnituda gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
Təkanlar Bakı vaxtı ilə səhər saat 08:10 radələrində adanın şimal sahillərində qeydə alınıb.
Hazırda təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə məlumat yoxdur.
Avqustun 5-də Lombok adasında baş vermiş zəlzələ nəticəsində təqribən 400 nəfər həyatını itirib.