İndoneziyanın Kalimantan adasının sakinləri təxliyəyə hazırlaşırlar

İndoneziyanın Kalimantan adasının sakinləri təxliyəyə hazırlaşırlar Güclü və davamlı yağışlar yanğınların qarşısını almaqda xilasedicilərə kömək edə bilər
Digər ölkələr
28 Oktyabr , 2015 08:01
İndoneziyanın Kalimantan adasının sakinləri təxliyəyə hazırlaşırlar

Bakı. 28 oktyabr. REPORT.AZ/ İndoneziyanın Kalimantan adasının mərkəzi hissəsinin sakinləri güclü meşə yanğınlarına görə hərbi-dəniz qüvvələrinin gəmilərinin yan aldığı cənub sahillərinə doğru hərəkət edirlər.

Ölkənin silahlı qüvvələrinin polkovniki Vaston Pasaribu ”Straits Times” qəzetinə bildirib ki, gələnlərin əksəriyyəti tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkir və onlar hərbi-tibbi gəminin göyərtəsinə yerləşdirilirlər.

Hazırda yanğınların daha çox ziyan vurduğu Kalimantan və Sumatra adaları yaxınlığında 27 gəmi, o cümlədən hərbi-dəniz qüvvələrinin 11 gəmisi dayanıb. Lakin hələlik əhalinin kütləvi şəkildə təxliyəsi barədə rəsmi elan verilməyib. Vitse-prezident Yusuf Kalla milli fəlakət elan olunması barədə qərarın yalnız prezident Coko Vidodonun səlahiyyətində olduğunu deyib. Dövlət başçısı özü isə vəziyyətin ağırlaşması ilə bağlı ABŞ-a rəsmi səfərinin müddətini qısaldaraq geri qayıdır. Oktyabrın 29-da onun ən çox zərər çəkən əyalətlərə səfər edəcəyi gözlənilir.

Bununla yanaşı, ölkə sinoptikləri sevindirici proqnozlar verməyə başlayıblar. Onların məlumatına görə, adaların əksəriyyətində bu gün və sabah güclü yağışlar gözlənilir. Mütəxəssislərin qənaətinə görə, məhz güclü və davamlı yağışlar yanğınların qarşısını almaqda xilasedicilərə kömək edə bilər.

Son xəbərlər

Orphus sistemi