İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3 Minlərlə insan təxliyyə edilib
Digər ölkələr
6 Avqust , 2018 10:36
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-3

Bakı. 6 avqust. REPORT.AZ/ İndoneziyanın şərqindəki Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 300-dən çox insan yaralanıb.


*** 01:29

Bazar günü İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölən insanların sayı 82 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət nəticəsində minlərlə insan təxliyyə edilib.


***22:58

Bakı. 5 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, onlarla insan xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinə istinadən "DPA" nəşri məlumat yayıb.

Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.


***19:33

Bakı. 5 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində 16 nəfər həyatını itirib.

"Report" "Dpa" nəşrinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

Son xəbərlər

Orphus sistemi