Yuxarı
    Bağlamaq

    ​İndoneziyada zəlzələ baş verib, yüz minlərlə sakin təxliyyə edilib

    Onların çoxu təkanların təkrar olunmasından ehtiyatlanaraq, hələ də evlərə qayıtmaqdan çəkinir

    Bakı. 9 noyabr. REPORT.AZ/ İndoneziyanın Sumatra adasının şimal hissəsində Banda-Açex şəhərindən 132 kilometr şimalda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə "Report" "Qazeta. Ru"ya istinadən xəbər verir.

    Noyabrın 8-də axşam saatlarında başlanan təkanlar səhərədək davam edib.

    Zəlzələ nəticəsində yüz minlərlə sakin təxliyyə edilib. Onların çoxu təkanların təkrar olunmasından ehtiyatlanaraq, hələ də evlərinə qayıtmaqdan çəkinirlər.

    Yerli hakimiyyət sunami qorxusunun olmadığını bildirir. Dağıntı və tələfat haqda məlumat verilmir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi