İndoneziyada yük təyyarəsi dağa çırpılıb

İndoneziyada yük təyyarəsi dağa çırpılıb Təyyarənin göyərtəsində yalnız bir pilot olub
Digər ölkələr
13 Aprel , 2017 21:47
İndoneziyada yük təyyarəsi dağa çırpılıb
Courtesy İmage

Bakı. 13 aprel. REPORT.AZ/ İndoneziyanın şərqindəki Papua vilayətində yük təyyarəsi dağa çırpılıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin Milli Axtarış Xilasetmə İdarəsinə istinadən xəbər verir.

Nazirliyin rəsmi nümayəndəsi bildirib ki, Oksibil dairəsində təyyarənin yeri barədə müəyyən siqnal ala bilib. "Təyyarə Oksibilin meşəlik ərazisində dağa çırpılıb", - deyə o bildirib.

O bildirib ki, xilasedicilər bir sıra səbəblər üzündən, xüsusilə əlverişsiz hava şəraiti səbəbindən təyyarənin qəzaya uğradığı yerə çata bilmirlər.

Nazirlik rəsmisinin sözlərinə görə, təyyarənin göyərtəsində yalnız bir pilot olub.

Son xəbərlər

Orphus sistemi