İndoneziyada yenidən 6,1 maqnitudalı zəlzələ olub

İndoneziyada yenidən 6,1 maqnitudalı zəlzələ olub Bakı. 9 avqust. REPORT.AZ/ İndoneziya Lombok adasında bu dəfə 6,1 maqnitudalı zəlzələ baş verib.
Digər ölkələr
9 Avqust , 2018 10:14
İndoneziyada yenidən 6,1 maqnitudalı zəlzələ olub

Bakı. 9 avqust. REPORT.AZ/ İndoneziya Lombok adasında bu dəfə 6,1 maqnitudalı zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 319 min əhalisi olan Mataram şəhərinin 18 km şimal-şərqində, zəlzələ ocağı isə 12 km dərinlikdə olub.

Hələlik ölən və yaralananlar barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Lombok adasında 6,6 maqnitudalı zəlzələ baş verib və nəticədə 380-dən çox insan ölüb, mindən çox insan isə xəsarət alıb. Təqribən, 270 min yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi