​İndoneziyada yenə zəlzələ olub

​İndoneziyada yenə zəlzələ olub Hərbi təyyarələr zəlzələ baş verən ərazidə kəşfiyyat uçuşu həyata keçirib
Digər ölkələr
3 Mart , 2016 14:24
​İndoneziyada yenə zəlzələ olub

Bakı. 3 mart. REPORT.AZ/ İndoneziyanın Mentavai adasında 5,3 və 5,8 bal gücündə zəlzələ baş verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Meteoroloji İqlim və Geofizika Agentliyi məlumat yayıb.

Yeraltı təkanların ocağı 10 km. dərinlikdə olub.

Ölkənin hərbi hava qüvvələrinə məxsus təyyarələr zəlzələ baş verən ərazidə xəsarətin olub-olmadığını öyrənmək üçün kəşfiyyat uçuşu həyata keçirib.

Qeyd edək ki, martın 2-də İndoneziya sahillərində 8,2 bal gücündə zəlzələ olub. 

Son xəbərlər

Orphus sistemi