Bakı. 18 Avqust. REPORT.AZ/ İndoneziyanın "Trigana" aviaşirkətinə məxsus "ATR 42-300" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə xilasedicilər tərəfindən 38 cəsəd aşkar edilib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın
"Hadisə yerində 37 böyük və 1 uşaq meyiti aşkar edilib", - deyə o bildirib.
Dövlət rəsmisi qeyd edib ki, hava şəraitinin pis olması səbəbindən ölənlərin cəsədini təxliyə etmək mümkün olmayıb.